Samir Nuriyev görüş keçirdi - FOTOLAR
19 Noyabr 2024
16:14 - 19 Noyabr 2024
"İqlim dəyişikliyinin təsirləri altında Xəzər dənizinin sahilyanı ərazilərinin dayanıqlığının gücləndirilməsi və biomüxtəlifliyin qorunması" mövzusunda Xəzəryanı ölkələrin müvafiq ekspertləri, beynəlxalq təşkilatlar, BMT agentlikləri və elmi tədqiqatçıların iştirakı ilə toplantı keçirilib.
Manset.az xəbər verir ki, tədbirin məqsədi Xəzər dənizinin çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyinin Xəzər dənizinin ekosisteminə təsirlərinin aradan qaldırılması üzrə regional əməkdaşlığın inkişaf etdirilməsidir.
Tərəflər Xəzər dənizinin biomüxtəlifliyinin qorunması məsələsini, iqlim tənzimlənməsi və iqtisadi fəaliyyətlərdə, o cümlədən balıqçılıq, nəqliyyat və enerji istehsalı sahələrində oynadığı mühüm rolu vurğulayıb.
Ekspertlər bundan sonra Xəzərin ekoloji problemlərinin həlli və davamlı idarəetmənin təmin edilməsi məqsədilə əməkdaşlıq üzrə təkliflər irəli sürüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin