Netanyahu İrana hücumun təfərrüatlarını açıqladı
19 Noyabr 2024
21:16 - 18 Noyabr 2024
Hesablama Palatası gələn il üçün büdcəyə rəyində minimum pensiya məbləğinin 280 manat olacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
Manset.az xəbər verir ki, Hesablama Palatasından APA-ya bildirilib ki, Azərbaycan Respublikasında 2025-ci ildə minimum pensiya məbləği barədə Hesablama Palatası tərəfindən rəyin hazırlanması prosesində aparılan qiymətləndirmələr və təhlillər zamanı “Büdcə zərfi”nin, dövlət orqanlarının hesabat və statistik məlumatlarına, nüfuzlu beynəlxalq təşkilatların tədqiqatlarına istinad olunur.
Qeyd edilib ki, “Büdcə zərfi”ndə 2025-ci il üçün minimum pensiya məbləği ilə bağlı məlumata rast gəlinmədiyi üçün Strategiyada müəyyən edilmiş hədəfə uyğunluq cari ilin minimum pensiya məbləği əsasında hesablanıb: “Beləliklə, cari ilin minimum pensiya məbləğinin (280 manat) 2025-ci il üçün minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.
Bununla bərabər bildiririk ki, ölkəmizdə minimum əməkhaqqının müəyyən edilməsi və minimum pensiya məbləğinin müvafiq məbləğə çatdırılması Azərbaycan Respublikasının Prezidentinin müvafiq hüquqi aktları ilə həyata keçirilir. Eyni zamanda bəzi media subyektlərində də yayılan “Rəydə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial İnkişaf Strategiyasına istinad nə dərəcədə doğrudur?” sualı ilə bağlı bildiririk ki, Rəyin əsas predmetlərindən biri də büdcə proqnozlarının ölkəmizin əsas strateji sənədinə adekvatlığının qiymətləndirilməsidir. Bu baxımdan büdcə proqnozlarındakı göstəriciləri Strategiyanın hədəflərinə uyğunluğu qiymətləndirilib”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin