COP29 çərçivəsində Türk dövlətləri QHT-lərinin iqlim forumu keçirilib - FOTO

16:55 - 18 Noyabr 2024

COP29 çərçivəsində Türk dövlətləri QHT-lərinin iqlim forumu keçirilib - FOTO

COP29 çərçivəsində Türk dövlətlərinin qeyri-hökumət təşkilatlarının (QHT) iqlim forumu keçirilib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, tədbirdə Türk dövlətlərindən nümayəndələri və ictimai xadimləri iştirak ediblər.

Forumda “İqlim dəyişikliyi və insan kapitalı: türkdilli ölkələrdə vətəndaş cəmiyyətlərinin rolu” və “İqlim məsələlərində gənclərin vətəndaş təşəbbüslərində iştirakının təşviqi” kimi mövzular müzakirə olunub.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Türk dövlətləri arasında əlaqələr ictimai-siyasi həyatın bütün sahələrində dinamik şəkildə inkişaf edir. O qeyd edib ki, ortaq tarixi bağlar və vətəndaş cəmiyyətlərinin əməkdaşlığı möhkəmləndirmək arzusu bu ölkələri daha da yaxınlaşdırır: “Türk dövlətlərini təmsil edən QHT-lərin Forumunun COP29-un “insan kapitalı”na həsr edilmiş tematik günündə keçirilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “XXI əsr Türk dünyasının inkişaf əsri olmalıdır”. Buna görə də, yalnız insan kapitalının gücləndirilməsi vasitəsilə Türk regionunun uzunmüddətli inkişafına nail olmaq və ekoloji təhdidlərlə mübarizə aparmaq mümkündür.”

Özbəkistan QHT-ləri Milli Assosiasiyasının sədri Kamoliddin İşanhocayev

Azərbaycanın sədrlik etdiyi COP29 çərçivəsində Bakıda olmaqdan böyük məmnunluq duyduğunu bildirib: “Biz Azərbaycan rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərin beynəlxalq normalara və standartlara tam uyğun olmasını yüksək qiymətləndiririk. Bu yaxınlarda Bakıya səfər etmiş dövlət başçılarının bu prosesə dəstəyini xüsusi vurğulamaq lazımdır.

Xüsusilə sevindirici haldır ki, bizim ölkə rəhbəri də bir sıra təşəbbüslərlə çıxış edib, həmin təşəbbüslər Azərbaycan tərəfindən dəstəklənib. Ümid edirik ki, yalnız dövlət qurumları deyil, Özbəkistan və Azərbaycan QHT-ləri COP29 çərçivəsində əməkdaşlığın inkişafına fəal şəkildə töhfə verəcək”.

Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin əməkdaşı Gülbara Sultanova qeyd edib ki, Bakı bir neçə gündür, beynəlxalq ictimaiyyət, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri üçün iqlim dəyişikliyi məsələlərində cazibə mərkəzinə çevrilib. Biz anlayırıq ki, bir ölkənin ekoloji problemləri qaçılmaz olaraq digər ölkələrə də təsir edir. Məhz buna görə də bu məsələlərin məhz burada, Bakıda müzakirə olunması və problemlərin həlli məqsədilə bir çox ölkənin nümayəndələrinin bu platformada bir araya gəlməsi çox vacibdir.

Artıq ikinci həftədir ki, davam edən bu forum, iqlim dəyişikliyi və ekoloji vəziyyətin pisləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Biz əminik ki, işlənib hazırlanmış və təklif olunan təşəbbüslər BMT və bütün ölkələr üçün iqlim problemlərinin həlli istiqamətində gələcək tədbirlərin müəyyən edilməsində mühüm meyar olacaq. Axı, hamımız ekoloji cəhətdən təmiz bir dünyada yaşamaq istəyirik”.

Forum digər çıxışlarla davam edib.



Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin