Qanunu pozanları 15 ilədək HƏBS GÖZLƏYİR - Cinayət Məcəlləsində yeni maddə
18 Noyabr 2024
10:34 - 18 Noyabr 2024
Meymunçiçəyi virusu yeni ştamı ilə yenidən gündəmə gəlib.
Manset.az Xəzər Xəbərə istinadən xəbər verir ki, sentyabrdan bu günə qədər 3 mindən çox insana yoluxan virusun yeni ştamı bu dəfə ABŞ-də qeydə alınıb.
İnfeksionist Aytən Ziyadova açıqlamasında bildirib ki, virusun tərkibi COVID-dən fərqli olduğundan geniş kütləyə yoluxma halı gözlənilən deyil. Eyni səbəbdən virusun mutasiyası da müşahidə edilmir.
Aytən Ziyadova qeyd edib ki, hazırda bu virusa ölkəmizdə rast gəlinməsə də, bütün ilkin tədbirlər görülüb və vəziyyət mütəxəssislər tərəfindən diqqətdə saxlanılır. Bununla yanaşı, meymunçiçəyi istisna hallarda öldürücü xarakter daşıya bilir.
İnfeksionistin sözlərinə görə, meymunçiçəyi virusu koronavirus kimi gizli yayılmır. Birbaşa təmas yolu ilə yoluxur və irinli səpkilərlə müşahidə olunur. Yoluxan şəxsdə yüksək hərarət və əzələ ağrısı şüşahidə edilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin