Bu ölkədə zəlzələ oldu

16:00 - 17 Noyabr 2024

Bu ölkədə zəlzələ oldu

Kipr Respublikasının sahilində 4 maqnitudalı zəlzələ olub.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Aralıq dənizinin şərqində qeydə alınmış yeraltı təkanların episentri Türkiyənin Mərsin şəhərinin Anamur rayonundan 186 km cənubda yerləşib. Təbii hadisənin ocağı 4 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.

Xatırladaq ki, daha əvvəl Xəzər dənizində zəlzələ qeydə alınmışdı.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin