"Həmlə, kəşfiyyat və tank taborlarımız düşmənin ön xəttini yardı" - Nazir

12:16 - 26 İyun 2021

"Ermənilərin əsas ümidi ön xətdə yaratdıqları istehkam qurğularına idi. Onlar hətta bu istehkamlara müxtəlif adlar da vermişdilər. Bizim hərbçilərin, əsgərlərin qəhrəmanlığı və yüksək səviyyədə peşəkarlığı minalanmış ərazilərdən keçərək ön xəttin yarılmasında böyük rol oynadı".

Manset.az xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Real" TV-yə müsahibəsində deyib.

"Bizim ordu korpuslarının həmlə, kəşfiyyat və tank taborları qısa bir müddətdə çoxsaylı istiqamətdə düşmənin ön xəttini yardı. Bizim ordunun bu sürəti, yüksək peşəkarlığı Ermənistan ordusunda şok yaratdı. Biz bunu da hiss edirdik. Sürətli hücum isə bizim gələcək qələbəmizin təməli qoydu", - nazir əlavə edib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin