Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
15:09 - 13 Noyabr 2024
Xəbər verdiyimiz kimi paytaxt Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işinə başlayıb. Konvensiyanın tərəf dövlətlərinin prezidentlərinin, hökumət başçılarının, yüksək vəzifəli şəxslərin iştirak etdiyi tədbirdə ölkənin birinci bankı Kapital Bank-da Paşa Holding nümayəndə heyətinin tərkibində iştirak edir.
Dayanıqlı inkişafa və ətraf mühitin qorunmasına daim həssas yanaşan Kapital Bank üçün bu tədbir xüsusi əhəmiyyət daşıyır. Belə ki, bankın COP29-da iştirakı iqlim dəyişikliyi ilə mübarizədə həm yerli, həm də qlobal səviyyədə töhfə vermək məqsədi daşıyır. Bu məqsədlə tədbirin Yaşıl zona hissəsində Kapital Bank-a məxsus stend qurulub. Stenddə bankın rəsmi nümayəndələri iştirakçılarlarla fikir mübadiləsi aparır, təcrübələrini bölüşür, qonaqların suallarını cavablandırırlar.
Eyni zamanda bir neçə mövzuda təşkil edilən panellərdə Kapital Bank-ın rəsmi nümayəndələri təmsil olunurlar. Tədbirin 2-ci günündə bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov “Korportaiv Dayanıqlılıq” mövzusunda keçirilən paneldə spiker olaraq iştirak edib. Sədr çıxışında uzunmüddətli inkişafın təməlində məhz dayanıqlı yanaşmasının durduğunu vurğulayıb: “İqlim dəyişikliyi, sosial bərabərlik və etik idarəetmə kimi məsələlər müasir biznesin ayrılmaz tərkib hissəsidir. Dayanıqlı gələcək üçün ekoloji faktorlar nəzərə alınmalı, innovativ texnologiyalara sərmayə artırılmalıdır. Biz dayanıqlı maliyyə həlləri təqdim etməklə, yalnız müştərilərimizin deyil, eyni zamanda bütün cəmiyyətin gələcəyini düşünürük”.
Tədbirin 4-cü günündə isə Kapital bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə “Azərbaycanda Dayanıqlı KOS mühiti” mövzusunda baş tutacaq paneldə spiker olaraq iştirak edəcək.
Bu tarixi konfransın iştirakçısı olmaq istəyən hər kəs iticket.az saytından ödənişsiz olaraq bilet əldə edərək tədbirdə iştirak edə bilər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin