"Almaniya hazır olsun, Rusiya müharibəyə başlayır" - AÇIQLAMA
25 Noyabr 2024
11:14 - 13 Noyabr 2024
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ-Azərbaycan əlaqələrinin necə olacağına münasibət bildirib.
Manset.az-ın məlumatına görə, XİN rəsmisi jurnalistlərə açıqlamasında qeyd edib ki, Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, uzunmüddətli perspektivdə yaşıl enerjiyə keçid, karbon emissiyasının azaldılması istiqamətində müvafiq tədbirlər görməyi nəzərdə tutur.
O vurğulayıb ki, Azərbaycan tərəfindən yaşıl enerjiyə keçid istiqamətində hazırda müvafiq böyük layihələr həyata keçirilir:
"Bu layihələr Azərbaycanda enerji infrastrukturunun şaxələndirilməsi istiqamətində böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir".
"ABŞ-də keçirilən yeni prezident seçkilərini nəzərə alaraq dəyişən administrasiyanın hansı siyasət yürüdəcəyi və hansı addımlar atacağını indidən demək çətindir. Şübhəsiz ki, əvvəlki dövrdə Tramp administrasiyası müvafiq olaraq bu konvensiya çərçivəsində ABŞ-nin iştirakı minimuma endirilmişdi", - A.Hacızadə əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin