"İqlim böhranı sürətlə iqtisadiyyatın qatilinə çevrilir, COP29-da görməli çox işimiz var" - Saymon Stil

11:47 - 12 Noyabr 2024

İqlim böhranı sürətlə iqtisadiyyatın qatilinə çevrilir.


Manset.az xəbər verir ki, bunu COP29 çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNICEF və “Lancet Countdown” təşkilatının iqlim, səhiyyə və uşaqlar mövzusundakı birgə mətbuat konfransında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İcraçı katibi Saymon Stil deyib.

O, təmiz enerji və bu sahədə infrastruktura 2 trilyon dollar sərmayə qoyulacağını proqnozlaşdırdıqlarını bildirib:

“İqlim sərmayəsi milyonlarla insanın həyatını yaxşılaşdırmaq üçün ən münasib sahələrə yönəldilməlidir. İqlim böhranı həyat xərclərini artırır. İqlim böhranı sürətlə iqtisadiyyatın qatilinə çevrilir. Daha cəsarətli tədbirlər görməliyik. COP29-da görməli çox işimiz var”.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin