Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
09:46 - 12 Noyabr 2021
COVID-19 pandemiyası səbəbindən 2020-ci ildə 22 milyondan çox uşaq qızılcaya qarşı iki peyvəndin birincisini buraxıb, bu isə xəstəliyin yayılma riskini artırıb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yaydığı birgə hesabatda deyilir.
"2020-ci ildə 22 milyondan çox uşaq qızılcaya qarşı peyvəndin ilk dozasını buraxıb. Bu, 2019-cu illə müqayisədə 3 milyon nəfər çoxdur, hansı ki, son iki onillikdə ən böyük artımdır və epidemiyaların yayılması üçün təhlükəli şərait yaradır", - deyə ekspertlər bildiriblər.
Hesaba görə, uşaqların yalnız 70%-i peyvəndin ikinci dozasını alıb ki, bu da əhalini qorumaq üçün tələb olunan 95%-lik immunizasiya əhatəsindən xeyli azdır.
Hesabat müəlliflərinin fikrincə, 2020-ci ildə 2019-cu illə müqayisədə 80% az hal qeydə alınsa da, dünyada qızılcaya qarşı ümumi epidemioloji nəzarət zəifləyib. Bu, xüsusən də ötən il biomaterial nümunələrinin analiz üçün laboratoriyaya göndərilməsində özünü göstərdi (son 10 ildə ən az).
"Qızılca xəstəliyinin monitorinqinin və testinin zəif olması ölkələrin bu yüksək yoluxucu xəstəliyin yayılmasının qarşısını almaq qabiliyyətini təhlükə altına qoyur", - deyə qurumlardan bildirilib.
Qeyd edək ki, xəstəlik 26 ölkədə yayılıb, bu 2020-ci ildə bütün qızılca hadisələrinin 84%-ni təşkil edib. COVID-19 pandemiyası səbəbindən 23 ölkədə peyvənd kampaniyaları təxirə salınıb. ÜST-ün İmmunizasiya departamentinin rəhbəri Keyt O'Brayn son bir ildə xəstəliklə bağlı daha az məlumat olduğunu deyərək, epidemiya riskinin qlobal miqyasda artmaqda davam etdiyni və hazırda fırtınadan əvvəlki sakitliyin müşahidə olunduğu barədə xəbərdarlıq edib.
"Planlı peyvəndlər qorunmalı və gücləndirilməlidir. Əks halda biz bir ölümcül xəstəliyi digəri ilə əvəzləmə riski ilə üzləşirik", - deyə O'Brayn əlavə edib.
Qeyd edək ki, qızılca - ən yoluxucu viral xəstəliklərdən biridir. Bu uşaq xəstəliyi hesab olunsa da, böyüklər də həssasdırlar. Hava-damcı yolu ilə ötürülən infeksiya otit, meningit və ensefalit kimi fəsadlarına görə ölümcül təhlükəlidir. Mütəxəssislərin fikrincə, son 20 ildə dünyada peyvənd vasitəsilə qızılcadan 30 milyondan çox ölümün qarşısı alınıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin