COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
23:42 - 9 Noyabr 2024
Almaniya kansleri Olaf Şolts və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
Manset.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin nümayəndəsi Kristian Hofman deyib.
O bildirib ki, söhbət zamanı BMT-nin Bakıda keçirilən iqlim konfransı və Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişi müzakirə olunub.
“Kansler Almaniyanın sülh və mehriban qonşuluq münasibətlərinin qurulmasında Azərbaycan və Ermənistana dəstəyini davam etdirməyə hazır olduğunu təsdiqləyib”, - məlumatda qeyd edilib.
Hofman vurğulayıb ki, telefon danışığında Şolts COP29 konfransının uğurlu olacağına əminliyini ifadə edib və Almaniyanın 2025-ci ildən sonrakı dövr üçün "iqlim maliyyəsi" ilə bağlı razılaşmanın əldə edilməsinə dəstək verəcəyini söyləyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin