Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
01:00 - 9 Noyabr 2024
ABŞ Ədliyyə Nazirliyi İranın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı sui-qəsd hazırlaması ilə bağlı ittiham irəli sürüb.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında deyilir.
“Ədliyyə Departamenti yeni seçilmiş Prezident Donald Trampa qarşı sui-qəsd planlarını davam etdirmək üçün cinayət şəbəkəsini idarə etmək vəzifəsi daşıyan İran rejimi agentini ittiham edib”, - baş prokuror Merrik Qarland bildirib.
ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Vray öz növbəsində deyib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-da qətllər təşkil etmək üçün cinayətkarlar və sifarişli qatillərlə əlbir olub.
Belə ki, təqsirləndirilən şəxs Trampa sui-qəsd planı hazırlamaq vəzifəsi daşıdığı iddia edilən 51 yaşlı İran vətəndaşı Fərhad Şakəridir. O, hələ də azadlıqdadır və İranda olduğu güman edilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin