Millimiz Lüksemburqa uduzdu

23:23 - 11 Noyabr 2021

Millimiz Lüksemburqa uduzdu

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində çıxışını başa vurub.

Manşet.az xəbər verir ki, Avropa zonasının A qrupunda mübarizə aparan yığmamız son oyununu evdə keçirib.

Tellur Mütəllimovun 21-ci dəqiqədə qırmızı vərəqə alaraq komandamızı azlıqda qoymasından sonra “cırtdanlar” meydanda daha çox hegemonluq edib.

Rəqib qarşısında aciz qalan yığmamız uzun müddət qapısının toxunulmazlığını qorusa da, ikinci hissənin ortalarında müqaviməti qırılıb. Öncə Gerson Rodriges, ardınca Sebastyan Till səviyyə fərqini ortaya qoyub. Azər Salahlının təsəlli qolu isə komandamıza heç nə verməyib. Əvəzində Rodriges dublunu rəsmiləşdirməyi də bacarıb. Bununla da Lüksemburq öz meydanında olduğu kimi Bakıda da millimizə qalib gəlib – 3:1.

Evdə keçirdiyi bütün oyunlarda uduzan yığmamız seçmə mərhələni özünə doğmalaşan sonuncu pillədə başa vurub. 1 xal toplayan komandamız AVRO-1996-da imza atdığı antirekordu ötən tsikldəki kimi yenidən təkrarlayıb.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər matçında Portuqaliya ilə İrlandiya qarşılaşacaq.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin