Bu il məktəblərdə “Son zəng” tədbirləri təşkil olunacaq - Rəsmi

19:51 - 10 İyun 2021

Bu il məktəblərdə “Son zəng” tədbirləri təşkil olunacaq - Rəsmi

"Bu il məktəblərdə “Son zəng” tədbirləri məktəblərdə təşkil olunacaq".

Manşet.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilmişdi və müsbət cavab gəldi: "Yaxın günlərdə şərtlər elan ediləcək. şərtlər çox sadədir. Açıq havada və müəyyən say məhdudiyyətlər tətbiq olunacaq. Böyüksaylı, yəni 100-dən çox məzunu olan məktəblərdə yəqin ki, bir neçə hissədən ibarət son zəng tədbirlərinin keçirilməsi planlaşdırılır. Sosial məsafəyə riayət olunması tələb olunacaq.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin