Prezident Bayraq Meydanında bayrağımızı ucaltdı - YENİLƏNİB (FOTOLAR)
8 Noyabr 2024
13:55 - 8 Noyabr 2024
Qəbələ rayonu Vəndam qəsəbə sakini Əsmər Famil qızı Mahmudova 3 yaşlı oğlu Yusifin ağır xəstəliyi ilə bağlı xeyirxah insanlardan yardım istəyir.
Manset.az-a müraciət edən 27 yaşlı gənc ana övladı haqqında ətraflı məlumat verərək bildirir ki, Yusif Vüqar oğlu Mahmudov 2021-ci ilin noyabrın 1-də dünyaya gəlib. Bir müddətdən sonra səhhətində yaranan problemlər (qarın şişkinliyi, dalağın böyüməsi, dəridə göyərmələr və ən əsası qanın parçalanması) nəticəsində vəziyyəti kəskin pisləşib. Ona görə də tibbi sığortanın göndərişi əsasında uşağı Qəbələdən Bakıya – Milli Hemotologiya və Transfuziologiya Mərkəzinə aparmalı olublar. Müxtəlif analizlərdən sonra məlum olub ki, Yusif talassemiyanın böyük beta formasını daşıyır. Ananın sözlərinə görə, 2023-cü ilin fevral ayında xəstəxanada uşağa ayda iki dəfə qan vurulması məsləhət görülüb və bunun üçün hər ay həkim müayinələri və qan köçürülməsi üçün mərkəzə üz tutublar.
Ə.Mahmudova bildirir ki, həmin dönəmlərdə evdə onkoloji xəstəlikdən əziyyət çəkən qayınanası olduğu üçün bütün vəsaitlərini onun müalicəsinə xərcləyiblər. Nəticədə imkansızlıqdan Yusifin müalicəsini vaxtlı-vaxtında aparmaq mümkün olmayıb və uşağın vəziyyəti günü-gündən daha da pisləşirib.
Ana deyir ki, ikinci övladı olacağı təqdirdə ilik tapmaq asan olsa da, yoldaşı buna razılıq verməyib: “Həkimlər süni yolla uşaq dünyaya gətirə biləcəyimi məsləhət görsələr də, imkansızlıq və başqa səbəblərdən bu da mümkün olmadı, üstəlik, həyat yoldaşımla da ayrıldıq. Hazırda mən və oğlum atamın himayəsində yaşayırıq” , – deyən Ə.Mahmudova övladının gözü qarşısında acı çəkməsinə dözə bilmədiyini dilə gətirir: “Hər dəfə xəstəxanada uşağın damar yolu açılanda vəziyyəti pisləşir, damarlar partlayır, qan parçalanır, qan vurulduqca orqanizmdə dəmir çoxalır və bir az da yüklənir. Son zamanlarda artıq iştahadan da kəsilib”.
Ə.Mahmudova övladının müalicəsinin ancaq ölkədən kənarda mümkün olduğunu deyir və tənha ana kimi xeyirxah insanlardan kömək istəyir: “Həkimlərin rəyinə görə, ilik köçürülməsi əməliyyatına ehtiyac var. Artıq donor axtarışı üçün müraciət də etmişəm və bizə məlumat verilib ki, donor tapılıb. Lakin bu, külli miqdarda maddi vəsait tələb edən bir əməliyyatdır və mənim imkanım olmadığı üçün övladım gözümün qabağında əriyib gedir”.
Əsmər xanım məsələ ilə bağlı bəzi xeyriyyə fondlarına müraciət etdiyini desə də, Yusifin təcili əməliyyata ehtiyacı olduğunu nəzərə alaraq saytımız vasitəsilə xeyirxah insanlardan yardımlarını əsirgəməməyi xahiş edir: “Mərhəmətli və yardımsevər xalqımızdan oğlumun əməliyyatı üçün lazım olan vəsaitin toplanmasında əl uzatmalarını xahiş edirəm. Mən oğlunu tək-tənha böyüdən gənc bir anayam. Bütün analar kimi övladımı gələcəyin əsgəri, Vətənə, xalqa və dövlətə layiqli və yararlı bir şəxsiyyət kimi görmək istəyirəm. Övladımın gələcəyi naminə hər kəsdən kömək umuram və əvvəlcədən dərin təşəkkürümü bildirirəm”.
Balaca Yusifə dəstək məqsədilə Əsmər Mahmudovanın əlaqə nömrələrini təqdim edirik: Tel: 051-350-45-87, 050-464-28-78
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin