Ali Koçdan Özilə xəbərdarlıq: şəxsi işlərini kənara qoy

22:35 - 11 Noyabr 2021

Ali Koçdan Özilə xəbərdarlıq: şəxsi işlərini kənara qoy

Türkiyə "Fənərbağça"sının prezidenti Ali Koç komandanın ulduz futbolçusu Mesut Özilə xəbərdarlıq edib.

Manşet.az xəbər verir ki, funksioner klubun rəsmi televiziyasına açıqlamasında 33 yaşlı yarımmüdafiəçinin oyunlara daha çox köklənməli olduğunu bildirib.

Onun sözlərinə görə, təcrübəli oyunçu artıq şəxsi işlərini kənara qoymalıdır.

Qeyd edək ki, Mesut Özil bu ilin yanvarından "Fənərbağça"da çıxış edir.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin