"Dünya tarixi Bakı nailiyyətinə şahid oldu" - Dövlət başçısı
24 Noyabr 2024
20:42 - 7 Noyabr 2024
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni vəzifə verilib.
Manset.az xəbər verir ki, nazir “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının sədri vəzifəsinə gətirilib.
Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri olacaq.
Holdinqin Müşahidə Şurası idarəetməsinə verilmiş dövlət müəssisələrinin gəlirlər və xərclər smetalarını təsdiq edi, onların fəaliyyətindən əldə olunmuş vəsait üzərində sərəncam verir, idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyini onların səmərəlilik göstəricilərinin təhlili əsasında qiymətləndirir, eləcə də gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinq aparır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin