COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
10:10 - 26 İyun 2021
İşğaldan azad edilmiş Hadrut qəsəbəsində “Dəmir yumruq” abidəsi qoyulub.
Manset.az xəbər verir ki, heykəlin görüntüsü sosial şəbəkələrdə yayılıb.
Fotodan göründüyü kimi, onun aşağısında dronlar və əsgərlər təsvir edilib. Abidə şəhidlərin xatirə kompleksinin qarşısında, Azərbaycan və Türkiyə bayraqlarının əhatəsində qoyulub.
Qeyd edək ki, müharibə dövründə düşmənə qarşı “Dəmir yumruq” ifadəsi Prezident İlham Əliyev tərəfindən səsləndirilib. Ali Baş Komandan Azərbaycan xalqının və Ordusunun bu əməliyyat adı altında məhz “Dəmir yumruq” kimi birləşdiyini, bu yumruq zərbəsinin işğalçıların başına endiriləcəyini bəyan etmişdi. Sonrakı mərhələlərdə düşmənin revanş addımları atacağı təqdirdə də İlham Əliyev “Dəmir yumruğ”u hər kəsə xatırladaraq onun daim yerində olduğunu qeyd etmişdi. Bu mənanı ifadə edən abidənin məhz Hadrutda qoyulması isə xüsusi əhəmiyyət kəsb edir.
Rəviyyə Cəfərzadə
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin