"Dünya tarixi Bakı nailiyyətinə şahid oldu" - Dövlət başçısı
24 Noyabr 2024
16:14 - 7 Noyabr 2024
"Mən və ailə üzvlərim həyətdə 15 pişiyə yemək veririk və onların bir çoxunu peyvənd etdiririk".
Manset.az Lent.az-a istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, deputat həmkarı Sahib Alıyev göyərçinləri yemləyənləri cərimələməyi təklif edir:
"Onda o quşlar acından ölsün? Heyvanların yemlənməsini qadağan etsək, onda cəmiyyətdə mərhəmət hissini aradan qaldırmış olarıq".
Sədr Sahibə Qafarova isə qeyd edib ki, quşlar infeksiya daşıyıcısı ola bilər:
"Sahib müəllim deyəndə də həqiqət var".
Qeyd edək ki, deputat Sahib Alıyev göyərçin yemləyənlərin cərimələnməsini təklif edib və bunu dünya praktikası ilə əlaqələndirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin