Prezidentdən Fərid Seyidovla bağlı SƏRƏNCAM
7 Noyabr 2024
14:34 - 7 Noyabr 2024
8 Noyabr – Zəfər günü təkcə ərazi bütövlüyümüzün bərpası deyil. Bu zəfər, xalqımızın əsrlər boyu arzusunda olduğu, öz torpağında azad yaşamaq hüququnun, milli qürurunun bərpasıdır.
8 Noyabr – Zəfər günü təkcə zəfər salnaməsi deyil. Bu zəfər Azərbaycanın gələcəyini işıqlandıran, müstəqil Azərbaycanın gələcəyinin bünövrəsi, bu torpaqların yenidən dirçəldilməsi, Azərbaycan gəncliyinin azad, müstəqil və sülh içərisində yaşaması üçün güclü və tarixi bir başlanğıcdır.
8 Noyabr – Zəfər günü təkcə müasir silahların gücü deyil, Ali Baş Komandanımız İlham Əliyevin dəmir iradəsinin, xalqımızın birliyinin, bir millət olaraq ortaq amalımızın, mənəviyyatımızın, həmrəyliyimizin gücüdür.
Bu gün yeni bir nəsil yetişir – müstəqilliyin, azadlığın dadını bilən, rifah içində böyüyən, dünyaya açıq bir nəsil. Bu gün antimilli qüvvələrin və Qərbin əsas hədəfi məhz bu gənc nəsildir. Bizim gənclərimizin düşüncələrini zəhərləmək, onları xalqımıza, dövlətimizə və xüsusilə ənənəvi dəyərlərimizə qarşı yönləndirmək istəyirlər. Bu heç vaxt alınmayıb və alınmayacaq da!
Ancaq yeni nəsil də tariximizi düzgün öyrənməlidir. 1918-ci ildə, 1987-ci ildən 1993-cü ilə qədər Azərbaycan rəhbərliyinin etdiyi səhvləri, xalqımızın bu səhvlərə vaxtında cavab verməməsini, bu zəfərə qədər keçdiyimiz keşməkeşli yolları, çörək növbələrini, 20 Yanvarı, Xocalı faciəsini, onun səbəbkarlarını unutmamalı, bu böyük zəfəri nəyin bahasına əldə etdiyimizi daim xatırlamalıdır. Çünki xalq olaraq bu səhvləri ikinci dəfə etmək kimi bir lüksümüz yoxdur.
Əlbəttə, Zəfər Günündə qürurlanmalıyıq, bu günlə fəxr etməliyik, bu bizim haqqımızdır. Ancaq bu zəfərin yaratdığı məsuliyyəti də anlamalıyıq. Bu məsuliyyət hissi ilə, zəfərin bizə verdiyi inamla Ulu Öndər Heydər Əliyev 20-ci əsrin sonunda xalqımız qarşısında qoyduğu hədəfə doğru irəliləməliyik.
Bu hədəf Ulu Öndərin bu sözlərində müdrikcəsinə təsbit olunub: "21-ci əsr Azərbaycanın yüksəliş əsri olacaqdır."
Bu gün qalib xalqın bütün təsisatları da bu ideya ətrafında dəmir yumruq kimi birləşməlidir. Çünki Prezident İlham Əliyevin bütün təşəbbüsləri də məhz bu ideyaya xidmət edir.
Ona görə də hər birimiz fərd olaraq özümüzə sual etməliyik: Azərbaycanın yüksəlişi üçün dünən nə etmişik, bu gün nə edirik və sabah nə edəcəyik?
Ən əsası isə çıxdığımız bu müqəddəs yolda, Əliyev ideyaları əsasında bəyan etdiyimiz dövlət kimliyi hər birimizi birləşdirən əsas dəyər və ən önəmlisi çağımızın ideyası olmalıdır.
Çağımızın ideyası ilə yetişən gənc nəsil isə Azərbaycanın dövlət müstəqilliyinin, rifahının və gücünün əsaslarını təşkil edəcək.
Cəfərov Kamal
Milli Məclisin deputatı
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin