Qarabağda xarici şirkətlərin fəaliyyəti ilə bağlı AÇIQLAMA

21:29 - 11 Noyabr 2021

Qarabağda xarici şirkətlərin fəaliyyəti ilə bağlı AÇIQLAMA

Bugünkü görüşdə bir neçə istiqamətdə müzakirələrimiz oldu. İlk növbədə, Türkdilli Dövlətlər Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlikləri arasında fəaliyyət istiqamətləri, ümumiyyətlə daha geniş götürsək iqtisadiyyat sahəsində əməkdaşlıq, nəqliyyat, ticarət, logistika, rəqəmsallaşma, enerji keçidi və ölkə iqtisadiyyatlarımızın buna hazırlığı kimi məsələlər müzakirə olunur. Hesab edirəm ki, gələcək fəaliyyətimizin səmərəliliyinin təmini üçün bir sıra vahid platformaların yaradılması barədə ümumi baxışlarımız üst-üstə düşür, o cümlədən birgə investisiya fondu, ölkələrimiz arasında ticarətin yaxşılaşdırılmasına şərait yaradacaq və yaxşılaşdıracaq vahid rəqəmsal platforma, nəqliyyat, logistika, dəhlizlərimizdən daha səmərəli istifadə və bir sıra digər istiqamətlərin müzakirəsi keçirilir.

Manşet.az xəbər verir ki, bu fikirləri İstanbulda keçirilən "Türkiyə - türk dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı"nda Azərbaycan media nümayəndələrinə açıqlamasında ölkəmizin iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Tədbir çərçivəsində Azərbaycanda bu günlərdə qeyd edilən böyük Zəfərimizə də diqqət yetirilib, işğaldan azad edilən ərazilərimizdə aparılan bərpa-abadlıq işləri barədə məlumat verilib. İlk növbədə, qeyd etməliyəm ki, bu işlərin həyata keçirilməsində iştirak edən üzv dövlətlərin tam əksəriyyətini təmsil edən şirkətlərin böyük marağı var və bu gün bir çox şirkətlər bu fəaliyyətdə podratçı qismində iştirak edir. Azərbaycan tərəfinin bunu dəstəkləməklə yanaşı uzunmüddətli baxışı ondan ibarətdir ki, bu fəaliyyət yalnız podratçı qismində deyil, sərmayəçi qismində də həyata keçirilsin. Siz bilirsiniz ki, bu il sentyabrın sonunda bununla bağlı artıq ilk müqavilələr imzalanıb və bu fəaliyyət həyata keçirilir. Gələcəkdə biz bu növ fəaliyyətin artırılmasının şahidi olacağıq və bunun üçün şirkətlər, investorlar tərəfindən kifayət qədər böyük maraq müşahidə edirik. Tədbir çərçivəsində mövcud əlaqələrin hazırkı vəziyyətinin, gələcək əməkdaşlıq planlarının müzakirəsi üçün ikitərəfli görüşlər də keçirilir”, - deyə nazir bildirib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin