Bu oyunu oynayanlar siqareti tərgidir

08:00 - 7 Noyabr 2024

Bu oyunu oynayanlar siqareti tərgidir

Siqareti tərgitməyin yeni üsulu tapılıb.

 

Manset.az Milli.az-a istinadən xəbər verir ki, yeni bir araşdırmaya görə "Inner Dragon" adlı onlayn oyun siqaret tərgitmək üçün effektiv üsullardan biri halına çevrilib.

Oyununun nikotin asılılığı ilə mübarizədə təsirli bir köməkçi ola biləcəyi müəyyən edilib. Belə ki, oyunun mahiyyəti virtual əjdahaya qulluq etməkdir. İstifadəçi nə qədər uzun müddət siqaretdən çəkinirsə, onun ev heyvanı bir o qədər də böyüyür. Əjdahaya emosional bağlılıq yaratmaq üçün iştirakçılar onun üçün fərdi xüsusiyyətlər seçə və qarşılıqlı əlaqədə olmaq üçün bonus xalları ala bilərlər.

Tədqiqatda iki qrupa bölünən 479 insan iştirak edib. Nəticələr göstərib ki, oyuna giriş istifadəçi aktivliyini 20% yüksəldib, bu isə siqaretdən imtina şansını xeyli artırıb.

Bu təsir xüsusilə gənclər üçün maraqlı həm də effektiv üsul kimi düşünülüb.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin