"Sabah" UEFA Gənclər Liqasında mübarizəni dayandırdı

19:57 - 6 Noyabr 2024

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırıb.

 

Manset.az xəbər verir ki, Bakıda İsveçrə təmsilçisi "Bazel"lə qarşılaşan Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv 1:2 hesabı ilə məğlub olub.

Azərbaycan klubunun yeganə qoluna 89-cu dəqiqədə Anar Hüseynov imza atıb.

Qeyd edək ki, ilk matçda "Bazel" 6:0 hesablı qələbə qazanmışdı.


Xəbər xətti

7 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin