Təcili yardım maşınları COP29 zolaqları ilə hərəkət edə biləcək

17:45 - 6 Noyabr 2024

Təcili yardım maşınları COP29 zolaqları ilə hərəkət edə biləcək

COP29 zamanı daha çox sərnişin axını olan “28 May”, “Elmlər” və “Koroğlu” stansiyalarında tibb məntəqələri fəaliyyət göstərəcək.

 

Manset.az xəbər verir ki, bunu "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin direktoru Elçin Əmirov deyib.

O bildirib ki, buna səbəb səhiyyə xidmətinin daha əlçatan olmasını təşkil etməkdir.

“COP29-la əlaqədar olaraq 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb.

“Tibb məntəqələri lazımi bütün avadanlıqlarla təmin olunub. Onu da bildirmək istəyirəm ki, təcili tibbi yardım maşınlarının COP29 zolaqları ilə hərəkəti nəzərdə tutulub”, - deyə o qeyd edib.


Xəbər xətti

6 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin