Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
16:28 - 5 Noyabr 2024
2024-cü ilin 28-31 oktyabr tarixlərində Qarabağ Universitetinin rektoru Şahin Bayramov Çinin Lanzhou Universitetinin evsahibliyi ilə keçirilən Kəmər və Yol Universitetləri Alyansının (University Alliance of the Belt and Road - UAB&R) 2024-cü il Forumunda iştirak edib.
Manset.az xəbər verir ki, Kəmər və Yol Təşəbbüsünün yeni onilliyinin başlanılması ərəfəsində keçirilən Forum “Rəqəmsal gücləndirmə, yaşıl innovasiya və birgə inkişaf şəraitində beynəlxalq təhsil əməkdaşlığı” (International Education Collaboration Under the Circumstances of Digital Empowerment, Green Innovation and Shared Development) mövzusuna həsr olunub.
Forumda əsas məruzəçi qismində çıxış edən rektor Ş.Bayramov “Yaşıl inkişaf çağırışlarını cavablandırmaqda universitetlərin rolu: Bir Kəmər, Bir Yol regionunda imkanlar” mövzusunda geniş təqdimat edib.
Belə bir beynəlxalq nüfuzlu ali təhsli platformasında Qarabağ Universitetini təmsil etməkdən qürur duyduğunu bildirən Ş.Bayramov dəvətə görə təşkilatçılara təşəkkürünü bildirib. Eyni zamanda, rektor Foruma evsahibliyi edən Lanzhou Universitetinin 115 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.
Kəmər və Yol Təşəbbüsü regionunda nəhəng infrastruktur və investisiya layihələrinin həyata keçirildiyini qeyd edən rektor yaşıl inkişaf çağırışlarının həllində universitetlərin əhəmiyyətli rolundan bəhs edib.
Ali təhsil müəssisələrinin tədqiqat və innovasiya habı, təhsil və potensialın inkişafı məkanı, maarifləndirici beyin mərkəzi, əməkdaşlıq və tərəfdaşlıqları təşviq edən platforma kimi unikal mövqeyindən danışan Ş.Bayramov davamlı inkişaf təfəkkürlü gələcək liderləri və mütəxəssisləri yetişdirən universitetləri yaşıl inkişafın katalizatorları adlandırıb.
Azərbaycanın yaşıl inkişaf siyasətinə sadiqliyindən bəhs edən rektor ölkəmizdə davamlı inkişafla bağlı müəyyən edilmiş milli prioritetlərdən və həyata keçirilmiş ardıcıl və sistemli işlərdən danışıb. Vurğulayıb ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nüfuzlu bir tədbirin keçirilməsi ilə bağlı qərar ölkəmizin milli, regional və qlobal səviyyələrdə ətraf mühitin qorunmasına və iqlim dəyişikliyinin qarşısının alınmasına verdiyi töhfənin bariz nümunəsidir.
Daha sonra, Azərbaycanın işğaldan azad edilmiş regionunda yeni yaradılmış Qarabağ Universitetinin missiyası, vizyonu və strateji məqsədləri barədə məlumat verən Ş.Bayramov təmsil etdiyi ali təhsil müəssisəsinin tələbə mərkəzli və tədqiqat əsaslı universitet kimi regional ekosistemin drayverinə, "yaşıl transformasiya" hədəfli layihələrin reallaşdırılacağı məkana və davamlı inkişafı dəstəkləyən innovativ həllərin təşəbbüskarına çevriləcəyini hədəflədiyini diqqətə çatdırıb.
Forum çərçivəsində rektor Ş.Bayramov Çinin Lanzhou Universiteti, Şimal-Qərb Normal Universiteti və Lanzou Maliyyə və İqtisadiyyat Universitetini ziyarət edib və həmin universitetlərin rektorları ilə potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb.
Qeyd edək ki, beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm verən Qarabağ Universitetinin bu Forumda təmsil olunması yeni qarşılıqlı faydalı tərəfdaşlıqların qurulmasına hədəflənib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin