Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
10:11 - 5 Noyabr 2024
Salyan rayonunda Dövlət sort sınaq məntəqəsinin pambıq sahəsində zərərərli orqanizmlərə qarşı tətbiq olunan bioloji mübarizənin nəticələrinə dair tarla seminarı keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə Aqrar Xidmətlər Agentliyinin əməkdaşları, pambıqçılıqla məşğul olan şirkətlərin nümayəndələri və bölgə fermerləri iştirak edib. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru Taleh Zeynalov bioloji mübarizənin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, son dövrlər bitkiləri zərərverici və xəstəliklərdən qorumaq üçün əsasən kimyəvi mübarizə üsulundan istifadə olunur. Kimyəvi mübarizə üsulu çox təsirli ola bilər, lakin bu üsul həm bitkilər, faydalı həşəratlar, quşlar və heyvanlar, həm də ətraf mühit və insan sağlamlığı üçün zərərsiz deyil. Bu baxımdan zərərvericilərə qarşı mübarizədə ekoloji cəhətdən təhlükəsiz və iqtisadi cəhətdən səmərəli hesab edilən bioloji üsuldan istifadə mühüm əhəmiyyət kəsb edir.
Cari ildə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya,
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzini tərəfindən respublikanın pambıqçılıq rayonlarında pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilməklə pambıq sovkasına qarşı mübarizə tədbirləri həyata keçirilıb. Belə ki, cari ildə pambıq istehsalı ilə məşğul olan şirkətlərin müraciəti əsasında pambıq sovkasının yumurtalarına qarşı ümumilikdə 29.558 hektar sahədə bioloji mübarizə tətbiq olunub ki, bu da ötən illə müqayisədə 9000 hektar çoxdur. Həmcinin 45 hektar yonca sahəsində tətbiq olunan bioloji mübarizə öz müsbət nəticəsini verib. Fermer və sahibkarların əvvəlki illərlə müqayisədə bioloji mübarizə üsuluna marağı daha da artıb.
Tədbirdə İqlim dəyişikliyi şəraitində Ətraf mühit, insan və bitki sağlamlığının qorunması üçün zərərvericilərə qarşı mübarizə zamanı yüksək toksikli pestisidlərdən istifadənin azaldılmasında bioloji mühafizə vasitələrdən istifadənin əhəmiyyəti qeyd edilib. Sonda Dövlət sort sınaq məntəqəsinin trixoqramma tətbiq olunan pambıq sahələrinə baxış keçirilib, fermerləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqlar istehsal sahəsinin laboratoriyasında çoxaldılır və tarlalara buraxılır.Trixoqramma vasitəsi ilə həyata keçirilən bu bioloji mübarizə üsulunun qarğıdalı, tərəvəz bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bioloji mübarizədən istifadə kimyəvi preparatların tətbiqinin məhdudlaşdırılmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur ki, nəticədə keyfiyyətli və təhlükəsiz məhsul əldə olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin