BP Türkiyədəki 112 illik fəaliyyətinə son qoydu

23:02 - 4 Noyabr 2024

BP Türkiyədəki 112 illik fəaliyyətinə son qoydu

2023-cü ilin noyabrında imzalanan müqavilə ilə BP Türkiyə Şanlıurfadakı yanacaqdoldurma məntəqələri də daxil olmaqla ümumilikdə 770 məntəqəni “Petrol Ofisi” şirkətinə təhvil vermək qərarına gəlib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bununla da dünya şöhrətli neft nəhəngi olan BP-nin Türkiyədəki 112 illik fəaliyyəti sona çatıb.

“Petrol Ofisi” keçən il imzalanan müqavilədən sonra BP Türkiyənin yanacaqdoldurma məntəqələrinin təhvilini başa çatdırdığını açıqlayıb.

1912-ci ildən Türkiyədə xidmət göstərən İngiltərənin neft nəhəngi BP (British Petroleum) 112 ildən sonra Türkiyə bazarı ilə vidalaşıb.

BP Türkiyə kimi fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin qısa müddət ərzində lövhələrini dəyişdirəcəyi gözlənilir.


Xəbər xətti

5 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin