"Bu, Azərbaycan və Ermənistanın ən böyük qələbəsidir" - Simonyan

22:16 - 4 Noyabr 2024

Ermənistan Parlamentinin sədri Alen Simonyan delimitasiya komissiyalarının reqlamentinin mövcudluğunu həm Azərbaycanın, həm də öz ölkəsinin ən böyük qələbəsi hesab edir.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

"Bu, ikitərəfli qələbədir, bu, Ermənistan və Azərbaycan arasında ilk dövlətlərarası sənəddir, onun həyata keçirilməsi iki ölkənin müstəqilliyi və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir", - deyə o, jurnalistlərə bildirib.

Alen Simonyan ümid edir ki, Ermənistan və Azərbaycan arasında bu məsələdə müsbət proses baş verəcək.

O bildirib ki, hazırda delimitasiyanın haradan davam etdirilməsi barədə qərar yoxdur.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin