"İran və Türkiyə İrəvandan bunu tələb edə bilər"

20:29 - 4 Noyabr 2024

Tehran və Ankara Rusiya sərhədçilərinin geri çəkiləcəyi təqdirdə Ermənistanla sərhədin delimitasiyasını tələb edə bilər.

 

Manset.az Axar.az-a istinadən bildirir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

"Vətənpərvərlər deyəndə ki, tezliklə bütün sərhədlərimizi, o cümlədən İran və Türkiyə ilə olan sərhədləri özümüz qoruyacağıq, iki sual yaranır. Birincisi, Azərbaycanla sərhədin müdafiəsində problem yarananda biz hansı qüvvələrlə müdafiə edəcəyik? İkincisi, Ankara və Tehran bunu status-kvonun pozulması hesab edə bilərmi? Çünki indiyə qədər onlar bu sərhədləri Sovet sərhədi kimi qəbul edirdi, indi isə delimitasiya tələb edə bilərlər. Bu, asanlıqla baş verə bilər. Onda nə edəcəyik? Hətta Azərbaycanla belə bunu problemsiz həyata keçirmək mümkün deyil", - o bildirib.


Xəbər xətti

5 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin