O, yenidən prezident seçildi - FOTO

15:44 - 4 Noyabr 2024

O, yenidən prezident seçildi - FOTO

Moldovada prezident seçkilərinin ikinci turunun qalibi hazırkı Prezident Maia Sandu olub.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatlara görə, səslərin təxminən 99 faizi hesablandıqdan sonra qərbyönlü namizəd Maia Sandunun səs payı 54,95 faiz (910 437 səs) təşkil edib. Rusiya ilə yaxşı münasibətlər qurmağın tərəfdarı olan müxalifət namizədi Aleksandr Stoyanoqlonun səs faizi 45,05 faiz (746 min 387 səs) olaraq qalıb.

Təxminən 3,3 milyon seçicinin səsvermə hüququna malik olduğu seçkilərdə iştirak nisbəti əvvəlki iki seçkidən yüksək olmaqla 54 faizi ötüb.

Maia Sandu yenidən Moldovada prezident seçilib


Xəbər xətti

5 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin