Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
12:35 - 4 Noyabr 2024
Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı artıb.
Bu barədə Manset.az-a Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
2024-cü ilin yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 1258,9 manat təşkil edib.
Qeyd edək ki, 2024-cü il sentyabrın 1-i vəziyyətinə ümumilikdə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1754,9 min nəfər olmuş, onlardan 878,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 876,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 faizi təhsil, 12,8 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin