Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
14:18 - 3 Noyabr 2024
“Avropa İttifaqı (Aİ) iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə böyük önəm verir. Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi, regionda bu məsələlərin müzakirəsi üçün mühüm bir imkan yaradır. Aİ-nın yüksək səviyyəli nümayəndə heyəti də bu tədbirdə iştirak edəcək, bu da tədbirin əhəmiyyətini artırır”.
Manset.az Report-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski müsahibədə vurğulayıb
“Aİ iqlim dəyişikliyi və ekoloji məsələlər üzrə bütün planet üçün vacib olan problemlərin həllinə dəstək verməyə çalışır. Azərbaycanın bu cür mötəbər bir tədbirə ev sahibliyi etməsinin regionda iqlim məsələlərinə olan diqqəti artıracaq”, - deyə o qeyd edib.
Səfir, rəsmi Bakıya COP29-a ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirərək, bu tədbirin uğurlu keçməsi üçün arzu etdiklərini də vurğulayıb.
Herçinski, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini və birgə səylərin nəticə verəcəyini də əlavə edib. Belə tədbirlər, Aİ ilə Azərbaycanın əməkdaşlığını daha da gücləndirəcək və ekoloji məsələlərin müzakirəsi üçün bir platforma yaradacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin