Vərəmə yoluxma halları rekord həddə çatdı - ÜST həyəcan təbili çalır

09:35 - 2 Noyabr 2024

Vərəmə yoluxma halları rekord həddə çatdı - ÜST həyəcan təbili çalır

2023-cü ildə dünyada 8,2 milyon insana yeni vərəm diaqnozu qoyuldu ki, bu da ÜST tərəfindən indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, diaqnoz qoyulan xəstələrin əksəriyyəti Cənub-Şərqi Asiya, Afrika və Qərbi Sakit Okean regionunda yaşayıb.

Dünyada hər üç vərəmə yoluxma halından ikisi bu səkkiz ölkənin payına düşür: Hindistan, İndoneziya, Çin, Filippin, Pakistan, Nigeriya, Banqladeş və Konqo Demokratik Respublikası.

Vərəm əleyhinə dərmanlara dözümlülüyünə görə ən çox yoluxma halı Rusiyada, eləcə də Şərqi Avropa və Mərkəzi Asiyanın bir sıra ölkələrində qeydə alınıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin