Uzun müddət ayaq üstə qalmağın sağlamlığa təsiri

08:00 - 2 Noyabr 2024

Uzun müddət ayaq üstə qalmağın sağlamlığa təsiri

Uzun müddət ayaq üstə qalmaq sağlamlıq üçün ziyandır.

 

Manset.az Milli.az-a xəbər verir ki, bununla bağlı Sidney Universitetinin tədqiqatçıları tərəfindən araşdırma aparılıb.

"International Journal of Epidemiology" jurnalında dərc olunan araşdırma, oturma və ayaq üstə durmağın ürək-damar sağlamlığına təsirlərini analiz edib. Tədqiqatda, Böyük Britaniyanın "Biobank"ından 83 min nəfərin məlumatları təhlil olunub. İştirakçıların gündəlik oturma və ayaq üstə durma müddətləri akselerometr vasitəsilə izlənilib. Həmçinin işemik ürək xəstəlikləri, ürək çatışmazlığı, ortostatik qan dövranı pozğunluqları kimi sağlamlıq problemlərinin yaranma ehtimalları araşdırılıb. Nəticələr göstərib ki, uzun müddət ayaqda durmaq ürək-damar xəstəliklərinin qarşısını almaqda təsirli deyil və hətta bəzi hallarda qan dövranı problemləri riskini artırır.

Sağlamlığınızı qorumaq üçün bir neçə tövsiyə:

Ayaqlarınızı tez-tez dincəltmək

Düzgün oturmaq və hərəkət etmək

Rahat, ortopedik dəstəkli ayaqqabı geyinmək

Mümkünsə, ayaqları bir az yuxarı qaldıraraq qan dövranını tənzimləmək


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin