“Konq-rey” 3 nəfərin ölümünə səbəb oldu

21:27 - 1 Noyabr 2024

“Konq-rey” 3 nəfərin ölümünə səbəb oldu

İlin 21-ci qasırğası olan “Konq-rey” Çinin Tayvan adasında ən azı 3 nəfərin ölümünə, 73 nəfərin xəsarət almasına, xeyli dağıntıya səbəb olub.

 

Manset.az Çin mediasına istinadla xəbər verir ki, oktyabrın 31-də günortadan sonra adanın şərq sahillərinə çatan “Konq-rey” şiddətli yağış və güclü külək gətirib. Səlahiyyətli orqanlar məktəblərin, iş yerlərinin bağlanmasına, uçuşların, qatar və bərə səfərlərinin təxirə salınmasına qərar verib. Təxminən 10 min sakin təxliyə edilib.

Şimala doğru saatda 35 kilometr sürətlə hərəkət edən qasırğa Tayvan boğazını keçərək Çinin materik hissəsindəki Cıcian, Ciansu və Fucien əyalətlərinə çatıb. Meteoroloqlar bu bölgələrdə şiddətli yağış və güclü külək barədə xəbərdarlıq edib. Sahildə balıqçılıq təsərrüfatlarında çalışanlar təxliyə edilib, qayıqlar sahilə qayıdıb, dənizdə və sahildə tikinti işləri dayandırılıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin