Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
26 Noyabr 2024
20:12 - 1 Noyabr 2024
COP29-un ilk 4 günündə 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq.
Manset.az xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri (AYNA) Anar Rzayev “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə bildirib.
Onun sözlərinə görə, sabahdan hər bir marşrut dəyişikliyi ilə bağlı məlumatlar paylaşılacaq.
“Bu məlumatlarda maşrutlar üzrə hərəkəti dayandırılan avtobuslar və altenativ marşrutlar göstəriləcək. Bütün məlumatları bir dəfəyə paylaşıb çaşqınlıq yaratmaq istəmirik. Buna görə, məlumatları hissə-hissə paylaşmağa üstünlük veririk”, - deyə AYNA sədri qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin