Lavrov Türkiyə haqqında bu ifadələri işlətdi

16:05 - 1 Noyabr 2024

Lavrov Türkiyə haqqında bu ifadələri işlətdi

"Türkiyə BRİKS-in gələcək inkişafına mühüm töhfə verməyə qadirdir Rusiya Türkiyə tərəfinin üzvlük müraciətini tam dəstəkləyir".

 

Manset.az xəbər verir ki, bunu Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 "Kazanda keçirilən sammitdə BRİKS iştirakçılarının hazırkı tərkibinin konsolidasiyası və tərəfdaş ölkələr assosiasiyasına daxil olması lehinə seçim edilib. Əminəm ki, Türkiyə BRİKS-in gələcək inkişafına mühüm töhfə verməyə qadirdir”, - diplomat bildirib.

 

Eyni zamanda, Lavrov vurğulayıb ki, Türkiyənin assosiasiyada iştirakının parametrləri BRİKS-in qalan üzv dövlətlərinin konsensusu əsasında qəbul ediləcək. Onun sözlərinə görə, təşkilatın inkişaf etməkdə olan ölkələrlə əlaqələrinin bu cür genişlənməsi onların suveren inkişafa doğru istiqamətini əks etdirəcək.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin