"Mançester Yunayted"in yeni baş məşqçisi rəsmən açıqlandı

17:35 - 1 Noyabr 2024

 

"Mançester Yunayted" Ruben Amorimin komandanın yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.

 

Manset.az xəbər verir ki, 39 yaşlı mütəxəssislə müqavilənin müddəti 2027-ci ilin yayına kimidir. Sözləşmə daha bir mövsüm də uzadıla bilər.

"Mançester Yunayted"in Amorimə görə "Sportinq"ə 10 milyon avro təzminat ödəyəcəyi bildirilir. Məşqçi noyabrın 11-də "mankuniyanlar"ın düşərgəsinə qoşulacaq.

 


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin