Baş Prokurorluq və DİN birgə məlumat yaydı

12:29 - 11 Noyabr 2021

Baş Prokurorluq və DİN birgə məlumat yaydı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Sumqayıtda mənzillərin birində aşkar olunmuş qadın meyiti ilə bağlı birgə məlumat yayıb. 

Manset.az xəbər verir ki, məlumatda deyilir:

"Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Sumqayıt ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin "isti izlərlə” açılması təmin edilib.

Belə ki, noyabrın 9-u saat 20 radələrində Sumqayıt şəhər sakini 1945-ci il təvəllüdlü Züleyxa Osmanovaya məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhər sakini Xanəhməd Rüstəmov oğurluq məqsədilə Züleyxa Osmanovanın evinə daxil olmuş, sonuncunun evdə olduğunu bildikdən sonra daş parçası ilə onun baş nahiyəsinə xəsarətlər yetirmiş, daha sonra isə boğaraq öldürüb.  

Xanəhməd Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir".


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin