Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA
1 Noyabr 2024
17:51 - 31 Oktyabr 2024
Fövqəladə Hallar Nazirliyi qüvvələrinin operativ müdaxiləsi sayəsində 17 mərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
***
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 16:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın səbəbilə çağırış daxil olub:
“Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 12 nəfərə tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi yardım göstərilib. İki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub”.
***
17:11
Bakıda yaşayış binası yanır.
Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz işlər həyata keçirilir. Əlavə məlumat veriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin