Rusiyalı nazirin 3 müavini ABŞ-nin "qara siyahı"sına düşdü

00:30 - 31 Oktyabr 2024

Rusiyalı nazirin 3 müavini ABŞ-nin

ABŞ-nin Maliyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.

 

Manset.az APA-ya istinadən bildirir ki, yenilənmiş siyası qurumun rəsmi saytında yerləşdirilib.

Bildirilib ki, məhdudiyyətlərin tətbiq olunduğu şəxslər arasında Rusiyanın müdafiə nazirinin müavinləri Pavel Fradkov, Aleksandr Fomin və Viktor Qoremıkin də var.

Bununla yanaşı, Rusiyada fəaliyyət göstərən "Transmaşholdinq" şirkətinin baş direktoru Kirill Lipa da məhdudiyyətlərlə üzləşib.

Yenilənmiş siyahıda ümumilikdə 32 nəfərin və çox sayda Rusiya şirkətinin adları yer alıb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin