Bu Dövlət Agentliyində pozuntular aşkarlandı

19:34 - 30 Oktyabr 2024

Bu Dövlət Agentliyində pozuntular aşkarlandı

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində pozuntular aşkarlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Hesablama Palatasından bildirilib.

Qeyd olunub ki, aparılmış auditlə Agentliyin funksional fəaliyyətini yetərli tənzimləyən, gəlir və xərclərini təsdiqləyən hüquqi aktın olmaması, tabeliyində və strukturunda olmayan qurumlara vəsaitlərin xərclənməsi, sığorta vəsaitlərinin bir hissəsinin digər məqsədlərə yönəldilərək təyinatı üzrə istifadə edilməməsi, dövlət əmlakı barədə səlahiyyətsiz sərəncam verilməklə tibbi sığorta vəsaitləri hesabına əsas vəsaitlər alınaraq və ya əsaslı vəsait qoyuluşu hesabına tikilməli olan tikinti obyektinə vəsait xərclənərək formalaşmış aktivlərin qanunsuz olaraq digər qurumun balansına və istifadəsinə verilməsi halları müəyyən edilib.


Xəbər xətti

31 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin