Adil Allahverdiyev dünya reytinqində 2-ci yerə layiq görüldü

17:35 - 30 Oktyabr 2024

Adil Allahverdiyev dünya reytinqində  2-ci yerə layiq görüldü

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru professor Adil Allahverdiyev Stanford Universitetinin dünya reytinq sıralamasında 2-ci yerə layiq görülüb. 

 

Manset.az-ın məlumatına görə, o, “Updated Science-Wide Author Databases of Standardized Citation İndicators” adlı araşdırmaya əsasən dünya elminə verdiyi töhfələrinə görə Dünyanın Ən Nüfuzlu Alimləri Siyahısına daxil edilib. 

Qeyd edək ki, Stanford Universiteti tərəfindən tərtib olunan bu siyahı, qlobal miqyasda elmi tədqiqatların qiymətləndirilməsi və alimlərin beynəlxalq arenada təsirinin müəyyən edilməsi sahəsində etibarlı bir referans mənbəyi kimi tanınmaqdadır.

Araşdırmaya əsasən dünyada müxtəlif elm sahələrində fəaliyyət göstərən 10 milyondan çox elm insanının fəaliyyəti dəğərləndirilmiş və yalnız 2%-i bu siyahıya daxil olmağa layiq görülmüşdür.

Bu da Adil Allahverdiyevin elmi fəaliyyətinin yüksək qiymətləndirilməsinin bir göstəricisidir.
 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin