İsrail İranın kosmik mərkəzinə zərbə endirib - FOTO

12:30 - 30 Oktyabr 2024

İsrail İranın kosmik mərkəzinə zərbə endirib - FOTO

İsrail İranın Semnan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) idarə etdiyi Şahrud kosmik mərkəzini vurub.

 

Manset.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) Amerikanın “Planet Labs” operatorunun yeni peyk görüntülərinə istinadən xəbər verir.

Oktyabrın 26-da İsrailin İrana hücumu, peykdən çəkilmiş fotoşəkillərə görə, bir sıra mühüm hərbi obyektlərə, o cümlədən iri raket zavoduna zərbə vurub. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı Fabian Hinz aydınlıq gətirib ki, kosmik mərkəz kosmik texnologiyada istifadə oluna bilən, lakin ballistik raketlərdə də geniş istifadə olunan bərk raket mühərriklərinin yaradılması üçün istifadə edilib.

Onun sözlərinə görə, Şahrud qurğusu İsrailə hücum etmək üçün istifadə oluna bilən orta mənzilli ballistik raketlərin kütləvi istehsalı üçün istifadə edilib. Mart və 29 oktyabr görüntülərini müqayisə edən Hinz deyib ki, İsrail “bərk raketlərin istehsalı ilə əlaqəli mərkəzi binanı bombalayıb”. Ekspert vurğulayıb ki, Şahrud qurğusunda kosmik proqram üçün infrastruktur var, lakin bərk yanacaq qurğuları “təbii olaraq universaldır” və asanlıqla raket istehsalı üçün uyğunlaşdırıla bilər.

Hinz onu da vurğulayıb ki, İsrailin İrana zərbələri məhdud miqyasda olsa da, “yüksək effektivdir”.


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin