Rusiya və ABŞ arasında növbəti QALMAQAL

10:36 - 30 Oktyabr 2024

Rusiya və ABŞ arasında növbəti QALMAQAL

29 oktyabr Rusiya jurnalistləri ABŞ prezident seçkilərini işıqlandırmaq üçün ölkəyə səfər ediblər.

 

Manset.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın "İzvesiya" kanalından olan jurnalistlər hava limanında saxlanılıb və onlara çəkiliş etməyə icazə verilməyib.

Məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

"ABŞ hakimiyyət orqanları prezident seçkilərini işıqlandırmaq üçün ABŞ-yə gələn rusiyalı jurnalistlərin Amerika hava limanında saxlanması barədə Rusiyanın Vaşinqtondakı səfirliyinə məlumat verməyib".

Onun sözlərinə görə, jurnalistlər tələb olunan qanunlara uyğun şəkildə Amerikaya səfər etmişdi.

"Amerika hakimiyyət orqanları özlərinə rəqib hesab etdikləri ölkələrin jurnalistlərinə soyuqqanlı və alçaldıcı münasibət bəsləyirlər, onlar öz “insan hüquqları ölçülərini” nəzərə almadan jurnalistikaya təzyiq göstərirlər", - deyə o əlavə edib.

 

 


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin