Azərbaycan qılıncoynadanları Gimnaziadanı 4 medalla başa vurdular

18:28 - 29 Oktyabr 2024

Azərbaycan qılıncoynadanları Gimnaziadanı 4 medalla başa vurdular

Azərbaycan qılıncoynadanları Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarını 4 medalla başa vurublar.

 

Manset.az xəbər verir ki, qız sablyaçıların şəxsi yarışında Valentina Zeynalova qızıl, Leyla Əhmədova bürünc mükafata yiyələniblər.

Oğlan şpaqaçıların mübarizəsində isə Mirxətai Məmmədov və Emin Səfərbəyov isə üçüncü yerləri tutublar.

Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək Gimnaziadada Azərbaycan 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin