İsveç Ukraynaya hərbi yardım paketi ayırdı

15:45 - 29 Oktyabr 2024

İsveç Ukraynaya hərbi yardım paketi ayırdı

Stokholm Kiyevə 63 milyon avro məbləğində hərbi yardım paketi ayıracaq, bu pul Ukraynanın müdafiə sənayesini gücləndirmək üçün istifadə olunacaq.

 

Manset.az xəbər verir ki, bu barədə İsveç hökumət idarəsinin bəyanatında deyilir.

Məlumata görə, 20 milyon birbaşa hərbi texnika istehsalına sponsorluq etmək üçün istifadə olunacaq, 43 milyon isə Ukraynaya dəstək üçün bir sıra çoxtərəfli təşəbbüslərə, o cümlədən F-16 döyüş təyyarələri üçün raketlərin alınmasına sərf olunacaq. 

Bundan əvvəl İsveçin müdafiə naziri Pol Conson bildirmişdi ki, hazırda Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına üzvlüyündən söhbət gedə bilməz. "Ukraynanın NATO-ya üzvlüyü məsələsi indi qaldırılmır, çünki o, müharibə vəziyyətindədir", - İsveç Müdafiə Nazirliyinin rəhbəri izah edib.

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin