"Qalatasaray" "Beşiktaş"ı məğlub etdi

23:07 - 28 Oktyabr 2024

Türkiyə Superliqasında "Qalatasaray" "Beşiktaş"a qalib gəlib.

 

Manset.az xəbər verir ki, İstanbul derbisi X tura təsadüf edib.

"Rams Park"da keçirilən qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Hesabı 13-cü dəqiqədə "sarı-qırmızılar"dan Davinson Sançes açıb. 67-ci dəqiqədə Viktor Osimhen fərqi iki topa yüksəldib. 90+4-cü dəqiqədə Ernest Mucinin vurduğu qol isə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, "sarı-qırmızılar" on matçdan sonra 28 xalla liderdir. Doqquz oyuna 20 xal toplayan qonaqlar 4-cü pillədə qərarlaşıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin