Aİ Gürcüstanı araşdırma aparmağa çağırdı

16:26 - 28 Oktyabr 2024

Aİ Gürcüstanı araşdırma aparmağa çağırdı

Aİ Gürcüstanda keçirilən seçkilərdə qanun pozuntuları ilə bağlı iddiaları araşdırmağa çağırıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Avropa İttifaqı ( Aİ ) Gürcüstanda müxalifət və prezident Salome Zurabişvilinin parlament seçkilərində qanun pozuntusu ilə bağlı iddialarının araşdırılmasını tələb edib .

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell və Aİ Şurası tərəfindən verilən birgə yazılı açıqlamada Gürcüstanda seçkilərdən sonra baş verən hadisələrin yaxından izləndiyi bildirilib. Bəyanatda deyilir ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rəhbərlik etdiyi Beynəlxalq Seçki Müşahidə Missiyasının verdiyi ilkin nəticələr seçkinin səsvermə qaydalarının pozulduğunu iddia edib.

 "Qanunsuzluqlara aydınlıq gətirilməlidir. Bu, seçki prosesinə etimadın bərpası üçün zəruri addımdır" , - Aİ-dən bildirilib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin