Bir vaxtların ən çox alınıb-satılan modeli kəskin ucuzlaşdı

01:00 - 28 Oktyabr 2024

Bir vaxtların ən çox alınıb-satılan modeli kəskin ucuzlaşdı

Son illərdə Azərbaycanda avtomobil bazarında  dəyişikliklər müşahidə olunur. Dəyişikliklərin əsas səbəblərindən biri Çin avtomobillərinin ölkədə artan populyarlığıdır. Yeni və ekonom avtomobil modelləri, xüsusilə Çindən gələnlər, Azərbaycan bazarında alıcıların üstünlük verdiyi seçimlər arasına sürətlə daxil olur.

 

Zövqlər fərqli olduğu üçün avtomobil alıcılarının da seçimi müxtəlif olur. Məsələn bəziləri avtomobili sırf performansına görə alır, bəziləri isə ekonom modelə üstünlük verir. Ekonom modellər daha çox taksidə istifadə olunduğu üçün daim yerini daha ekonomları alır. Məhz, bu səbəbdən də, Bakıda bir vaxtlar ekonom olduğu üçün populyar olan "Hyundai Elantra"nən köhnə modelləri hazırda alıcısız qalıb. Tələb azalması isə birbaşa qiymətə də təsir edir.

"Elantra" qiymətlərinin düşməsinə təsir edən amillər

Azərbaycanda avtomobil bazarında baş verən dəyişikliklər, alıcıların seçimində yeni istiqamətlər açıb. Çin avtomobillərinin artan populyarlığı, "Hyundai Elantra" və bənzər modellərin bazar dəyərinin azalmasına gətirib çıxarır. Bu tendensiyanın gələcəkdə də davam etməsi gözlənilir, çünki alıcılar üçün daha uyğun qiymətə yeni alternativlərin olması cazibədar görünür.

"Elantra" əvvəllər Azərbaycan bazarında məşhur modellərdən biri olsa da, son dövrlərdə tələbin azalması onun qiymətinə mənfi təsir göstərib. Alıcıların seçimində Çin avtomobillərinə üstünlük verməsi nəticəsində, Elantra kimi modellərin satışında durğunluq yaranıb. Bazarda təklifin tələbdən çox olduğu halda, qiymətlərin düşməsi qaçınılmazdır. Alıcıların az olması, qiymət rəqabətinin artması və Elantra kimi modellərə marağın azalması bu avtomobilin dəyər itirməsinə gətirib çıxarır.

Çin avtomobilləri bazarı "ələ keçirib"

Çin istehsalı olan avtomobillər, keyfiyyət və texnologiya baxımından son illərdə böyük irəliləyiş əldə edib. Azərbaycan bazarında bu avtomobillərin iqtisadi cəhətdən sərfəli olması, yüksək yanacaq sərfiyyatı ilə fərqlənmələri alıcıların diqqətini cəlb edir. 

Çin avtomobilləri təkcə daha ucuz qiymətlərlə deyil, həm də müasir dizayn, innovativ xüsusiyyətlər və zəmanətli keyfiyyətlə fərqlənir. Əksər alıcılar üçün yanacaq sərfiyyatı və texniki xidmətin ucuz başa gəlməsi də böyük üstünlük təşkil edir. Çin istehsalçıları öz avtomobillərinə elektrik texnologiyaları, inkişaf etmiş multimedialı sistemlər, təhlükəsizlik xüsusiyyətləri kimi yeni imkanlar daxil edərək alıcıya geniş seçim təqdim edir. Bu innovasiyalar, Hyundai Elantra kimi klassik modellərin texnoloji baxımdan geridə qalmasına və alıcı marağının azalmasına səbəb olur.

Çin avtomobillərinin ucuz və əlçatan olması yalnız Hyundai Elantra deyil, digər məşhur modellər üçün də təhlükə yaradır. Artıq Avropa və Asiya markaları ilə rəqabət aparmaq gücündə olan Çin markaları Azərbaycan bazarında daha da populyarlaşır. Bu dəyişikliklər avtomobil istehsalçıları üçün bazar rəqabətini daha da çətinləşdirir, eyni zamanda, Azərbaycan alıcıları üçün daha geniş seçim imkanı yaradır.

Bu tendensiyanın yaxın gələcəkdə də davam edəcəyi gözlənilir. "Hyundai" və digər məşhur modellər Çin avtomobilləri ilə rəqabətdə öz üstünlüklərini artırmaq üçün müxtəlif addımlar atmalıdırlar. Xüsusilə, daha uyğun qiymət, yeni texnologiyalar və istifadə rahatlığı təqdim etmələri bu markaların rəqabətə davam gətirməsinə kömək edə bilər.

Milli.az


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin